Menu
Your Cart

Mexaniki və hidravlik idarə olunan kotan

Mexaniki və hidravlik idarə olunan kotan
Mexaniki və hidravlik idarə olunan kotan
Mexaniki və hidravlik idarə olunan kotan
Mexaniki və hidravlik idarə olunan kotan
Mexaniki və hidravlik idarə olunan kotan
Mexaniki və hidravlik idarə olunan kotan
Mexaniki və hidravlik idarə olunan kotan
  • Stock: 20
  • Model: Mexaniki və hidravlik
Product Views: 2555
0.00m

Mexaniki və hidravlik idarə olunan 4, 5 və 6 korpuslu bağ kotanlarının tanınmış istehsalçısı.

Kotanın yan və əsas korpuslara malik olan düşünülmüş konstruksiyası torpağı daha yaxşı surətdə çevirməyə, doğramağa və xırdalamağa imkan verməklə birgə həm də yanacağa qənaət olunmasına şərait yaradaraq yüksək iş imkanları nümayiş etdirir.

Siz bizim kotanları ən aşağı texniki xidmət xərcləri ilə uzunmüddətli istifadə edə bilərsiniz.

Kotanların istehsalında istifadə etdiyimiz materiallar yüksək standartlara cavab verir. Bu metallar yüksək temperaturda döyülərək daha sonra soyuq temperatura məruz qoyulur ki, bu da metalın möhkəmliyini, keyfiyyətini artırır.

Kotanların istehsalında istifadə etdiyimiz yüksək keyfiyyətli metallar müxtəlif texnoloji proseslərdən (kəsim, deşmə, qaynaqlama, termik emal, rəngləmə və s.) keçirilir.

Kotanların rənglənməsi: Öncədən yarımfabrikatlar qum şırnağı ilə emaldan keçirilir, daha sonra lazımi kimyəvi maddələrlə yuyularaq təmizlənir, uzun müddət qurudularaq boyanın daha davamlı olması üçün tozlanma blokundan keçirilərək sink fosfat təbəqəsi ilə örtülür.

Bizim kotanların texniki xidmət təminatını ödəmək üçün gərək olan ehtiyat hissələrini və digər işlənən materialları bizim yerli və xarici nümayəndəliklərimizdən əldə etmək olar.

 

Siz bizim kotanlardan aşağıdakı işlərdə uğurla istifadə edə bilərsiniz:

- Bağ-bostan işləri

- Torpağın lay-lay çevrilməsi, xırdalanması və boşaldılması

- Bitki qalıqları ilə gübrənin qarışdırılması

 

КОD

TƏSVİR

KÜTLƏ (kq)

İŞ ƏHATƏSİ (mm)

ASQI HÜNDÜRLÜYÜ (mm)

TƏLƏB OLUNAN GÜC (at gücü)

SÜRME DERİNLİĞİ(mm)

360001000

 7 коrpuslu bağ kotanı

340

max:2350 - min:1940

470

40-75

150-200

 Cədvəldə güc göstəriciləri tək dartqılı traktorlar üçün yerli şəraitin çətinlik dərəcəsinə uyğun olaraq göstərilmişdir. Normal təbii şəraitdə və tam dartqılı traktorlardan istifadə edildikdə 15-20 at gücünə və daha aşağı gücə malik olan traktorlardan istifadə etmək olar.

Notification Module
This is the sticky Notification module. You can use it for any sticky messages such as cookie notices or special promotions, etc.