Menu
Your Cart

About Us


Kənd təsərrüfatında və onun bilavasitə əlaqəsi olduğu digər sahələrdə texniki təchizatın böyük iqtisadi əhəmiyyəti vardır. Bu gün bütün dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi iqtisadiyyatın prioritetlərindən biridir. Bu problemlərin həlli üçün dünyanın bir çox elmi-tədqiqat mərkəzləri, istehsalçı şirkətləri yeni elmi-texniki nailiyyətlərdən istifadə edərək təkmilləşdirilmiş qurğular, cihazlar və alətlər istehsal edirlər. Aqrar sahənin inkişafına çalışan bir çox ölkələr bu texniki təminatdan istifadə etməklə kənd təsərrüfatının sürətli inkişafına nail olmağa çalışırlar. Bu məqsədlə fəaliyyət göstərən şirkətlərdən biri də 1999-cu ildə Azərbaycanda yaradılmış “Azərtexnika” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

"Azərtexnika” MMC kənd təsərrüfatında özünü təsdiq etmiş dünya şöhrətli təsərrüfat texnikaları və onların ehtiyat hissələrinin satışı ilə məşğuldur. Hal-hazırda, aşağıda adları sadalanan dünyaca məşhur brendlərin ölkəmizdə rəsmi dileridir:

  1. Tümosan Traktor
  2. Hatunsaraylı Tarım Makinaları
  3. Ünlü Pulluk
  4. Kayhan Ertuğrul Tarım Makinaları
  5. Farmtech Çiftlik Makine
  6. Hatko Kauçuk
  7. Çelikel Tarım Makinaları
  8. Çimuka Kuluçka Makinesi
  9. Markim Gübre
  10. Peymak Süt Soyutma Tankları
  11. Kromel Makina
  12. Türkay Tarım Makinaları
  13. Belshina

"Azərtexnika" şirkəti təklif etdiyi hər bir mala görə yüksək zəmanət verir. Şirkətin satdığı texnika və avadanlıqlar kənd təsərrüfatının müxtəlif sahələrində, həmçinin digər sahələrdə istifadə olunaraq uğurla tətbiq edilə bilər. Şirkətin təklif etdiyi daha bir xidmət kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı texnikaları üçün ehtiyat hissələrinin satışıdır. Sifariş edilmiş hər bir mal ən qısa müddətdə ünvana çatdırlacaqdır.


"Azərtexnika" şirkətinin direktoru Bəxtiyar Ağayev

Notification Module
This is the sticky Notification module. You can use it for any sticky messages such as cookie notices or special promotions, etc.