





Bu brenddən daha çox
2, 3 və daha
artıq korpuslu çevrilən kotanların tanınmış istehsalçısı.
Bizim məhsul çeşidlərimiz, o cümlədən bizim idarəolunan
kotanlar traktorlar üçün mükəmməl seçim olmaqla, yanacağa və vaxta qənaət etməklə
yüksək iş imkanı nümayiş etdirir.
Bizim istehsal etdiyimiz çevrilən reversiv kotanlar mexaniki və hidravlik tənzimləmə
sisteminə malikdir.
Bizim çevrilən reversiv kotanlarımız nəqletmə və tarla
şəraitində işgörmə zamanı da asan quraşdırıla bilir.
Siz bizim kotanları ən aşağı texniki xidmət xərcləri
ilə uzunmüddətli istifadə edə bilərsiniz.
Kotanların istehsalında istifadə etdiyimiz materiallar
yüksək standartlara cavab verir. Bu metallar yüksək temperaturda döyülərək daha
sonra soyuq temperatura məruz qoyulur ki, bu da metalın möhkəmliyini, keyfiyyətini
artırır.
Kotanların istehsalında istifadə etdiyimiz yüksək
keyfiyyətli metallar müxtəlif texnoloji proseslərdən (kəsim, deşmə, qaynaqlama,
termik emal, rəngləmə və s.) keçirilir.
Kotanların rənglənməsi: Öncədən yarımfabrikatlar qum
şırnağı ilə emaldan keçirilir, daha sonra lazımi kimyəvi maddələrlə yuyularaq təmizlənir,
uzun müddət qurudularaq boyanın daha davamlı olması üçün tozlanma blokundan
keçirilərək sink fosfat təbəqəsi ilə örtülür.
Bizim kotanların texniki xidmət təminatını ödəmək üçün
gərək olan ehtiyat hissələrini və digər işlənən materialları bizim yerli və
xarici nümayəndəliklərimizdən əldə etmək olar.
Siz bizim kotanlardan aşağıdakı işlərdə uğurla istifadə
edə bilərsiniz:
- Növbəli əkin sahələri və daşlı sahələrdə görülən işlərdə
- Torpağın lay-lay çevrilməsi, xırdalanması və
boşaldılması
- Bitki qalıqları ilə gübrənin qarışdırılması
Bizim kotanlar II
kateqoriyaya daxil olan 3 nöqtəli asqı sistemi ilə təchiz olunmuşdur